16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda qardaş qardaşı bıçaqlayıb.
Sozcu.info "Report"a istinadən xəbər verir ki, hadisə iyunun 6-sı saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. Nəticədə K.Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.