Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI - icra başçısının müavininin qohumudur


Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov Baş Prokururluqda dindirildikdən sonra saxlanılıb.

Sozcu.info xəbər verir ki, Sfera.az-ın əldə etdiyi məlumata əsasən, H.Nəsirov bu vəzifəyə 2020-ci ildə təyin edilib. Onun namizədliyi Gəncə şəhəri icra başçısının müavini tərəfindən irəli sürülüb. H.Nəsirov icra başçısının müavininin qohumudur

Xatırladaq ki, Sfera.az saytı Gəncə şəhər idman idarəsində aparılan yoxlamalarla bağlı məlumat vermişdi.

Onu da əlavə edək ki, Azərbaycanın şəhər və rayon idman idarələrində yoxlamaların aparılması hallarına son aylarda tez-tez rast gəlinir. Bundan öncə Göyçay rayonunda aparılan yoxlamalar və bununla əlaqədar başlanan istintaq araşdırılmaları zamanı dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}