22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Kredit borcuna görə zaminin maaş və əmək haqqından 50 faizdən artıq tutulmasına qanun icazə vermir. Mütləq vəfat edən şəxsin kartının blok olma səbəbini araşdırmaq lazımdır.
Bunu Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc ötən gün Sumqayıtda məhkəmə qərarlarının icrası binasında 5 uşaq atası olan qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü haqda danışarkən deyib.
Sozcu.info-nu n əldə etdiyi məlumata əsasən, o bildirib ki, zaminin gəlirinin 50 faizinin tutulması qanunu Milli Məclis tərəfindən qəbul edilib:
“Kart yüz faiz həcmində bloklanıbsa, gəlirin hamısı ödənişə yönəldilibsə, burada artıq birbaşa məsuliyyəti icra məmuru və məmurun tələblərini yerinə yetirən bank daşıyır ”, - hüquqşünas deyib.
Qeyd edək ki, dünən qazi, polkovnik-leytenant Şahmurad Məmmədov Sumqayıtda məhkəmə binasında ürəyi partlaması nəticəsində dünyasını dəyişib.
İddialara görə, məhkəmə və bank 5 uşaq atası olan Ş.Məmmədovun bütün pensiyasını borca yönəldib, kartı isə bloklanıb.