23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.
Sozcu.info xəbər verir ki, "Report"un məlumatına görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.
Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.
Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Araşdırma aparılır.
Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.