10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Alimpaşa Məmmədovun kadrları Şəmkirdə AT OYNADIR..
- Prezidentə müraciət olundu
Mətbuatda məmur özbaşınalığı haqda çoxsaylı yazılar dərc olunsa da, təəssüflər olsun ki, qanunsuzluq Şəmkirdə günü-gündən daha da artır, çiçəklənir. Sadə insanlar, iş adamları və s. bu özbaşınalıqdan həm mənəvi, həm də maddi itkilər verir. Belə haqsızlıqlarla, özbaşınalıqla Birinci Qarabağ müharibəsi veteranı Sabirkənd sakini İsmayılov Sakit Mahmud oğlu da üzləşib. O, prezident İlham Əliyevə və aidiyyatı orqanlara ünvanladığı şikayət məktubunda deyir:
“Hörmətli Cənab Prezident!
Sizə məlumat verirəm ki, biz 5 qardaşıq. 4 nəfərimiz Birinci Qarabağ müharibəsi iştirakçılarıyıq. Bir qardaşım oğlu gizir rütbəsində İkinci Qarabağ müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə medalla təltif olunmuşdur. Xalam nəvəsi İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub və 01 noyabr 2020-ci ildə doğulduğu Şəmkir rayonu, Sabirkənd kənd qəbristanlığında dəfn olunmuşdur.
Sizdən xahiş edirəm ki, 5 nəfəri Qarabağ müharibəsi veteranı olan bir ailənin torpağına tamah salan, övladlarını vətən uğrunda gedən döyüşlərdən gizlədən, Şəmkirdə piyadalar üçün nəzərdə tutulmuş səkilərə qədər satan, öz çirkin, qanunsuz əməlləri ilə məşğul olan özbaşına məmurların mütəşəkkil qaydada müharibə veteranının 17 ildən sonra (2004-2021-ci il) 20 kv.m torpaq sahəsinin əlindən alınmasına imkan verməyəsiniz və onlara qarşı qanunvericiliyə əsasən ciddi tədbirlər görülməsinə göstəriş verəsiniz.
Məlumunuz olsun ki, əvvəla bu torpaq sahəsini mən Qarabağ müharibəsi Veteranı, 2-ci qrup əlil olan qardaşım A.İbrahimovdan xeyli miqdar pul vəsaiti müqabilində satın almışam. Sənədlərim və 16 yanvar 2004-cü ildə Şəmkir Bələdiyyəsinə ödədiyim dövlət rüsumunun 100.000 ( bir yüz min) manat pul çeki ola-ola, mənə məxsus olan torpaq sahəmdə yarımçıq tikilmiş obyektimi uçurub, qanunsuz olaraq Vüqar Həsənov və Şəmkir rayonu torpaqların Dövlət İdarəsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi Xəqani İbrahimovun verdiyi qeyri-qanuni rəyi nəticəsində sənəd hazırlanaraq tikinti işi aparıblar.
Sizə bildirmək istəyirəm ki, Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı, Şəmkir Bələdiyyəsinin sədri, 2019-cu ildə mənim şikayət ərizələrimə rəsmi verdikləri cavablarda bildirmişlər ki, aparılan qanunsuz tikinti barədə aidiyyatı qurumlara rəsmi məlumat verilmişdir. Və hal-hazırda qanunsuz tikintinin sökülməsi məqsədi ilə rayon məhkəməsinə müvafiq sənədlər hazırlanır, lakin bu günə kimi qanunsuz tikintinin kimə məxsus olması və sökülməsi üçün heç bir tədbir görülməmişdir.
2019-cu ilin may ayından mənim yarımtikili obyektimi söküb, 536 kv.m obyekt tikiblər. 2019-cu ildən bu günədək şikayət edirəm, obyektin kim tərəfindən tikilməsini bilmirəm. Obyektin qarşısında dəmir darvaza var idi, mən şikayətlər etdikdən sonra darvazanın qarşısını 23.07.2019-cu ildə hörmüşlər. 11.05.2021-ci il tarixində darvazanın qarşısındakı hörgü yenidən naməlum adamlar tərəfindən sökülmüşdür.
Yazıb Sizdən xahiş edirəm ki, araşdırılsın, görək bu obyekt kimindir və darvazanın qarşısı kim tərəfindən sökülüb. 800-ə yaxın şikayət ərizəsi, 100-ə yaxın teleqram vurmağıma baxmayaraq, mənə əsaslandırılmış cavab yazmırlar ki, bu obyekti kim tikib.
Mən Sabirkənd kəndində yaşadığımdan hər gün rayon mərkəzinə gəlib-gedə bilmirəm. Yalnız 11 may tarixində müəyyən etdim ki, darvazanın qarşısında hörgü uçurulub.
Məlumat verirəm ki, Sizin 30 sentyabr 2015-ci il tarixdə imzaladığınız sərəncamla qanunsuz tikinti aparan, vəzifəli şəxslərin hərəkətsizliyi ilə bağlı cinayət işinin açılması barədə qanuna dəyişiklik etməyinizə baxmayaraq, Şəmkir rayonunun sabiq İcar Başçısı A.Məmmədovun, Şəmkir rayonunun Bələdiyyə sədri V.Həsənovun, Şəmkir rayonunun baş memarı İlqar Quliyevin, Şəmkir rayonu Daşınmaz Əmlakın sabiq rəisi Ş.Şahvələdovun və torpaqların Dövlət İdarəsinin Təşkili üzrə Dövlət Agentliyinin Şəmkir rayonu üzrə nümayəndəsi X.İbadovun 2019-cu ilin may ayından xəbərləri, məlumatları olmağına baxmayaraq, hansı maddi marağa görə tam hərəkətsizlik nümayiş etdirməklə, Ali orqanlara, yuxarı təşkilatlara yalan məlumatlar verməklə heçnəyə məhəl qoymadan himayədarlıq edərək, bu qanunsuz tikintinin başa çatmasına şərait yaradıblar?! Bu, Sizin imzaladığınız qanundan irəli gələn tələblərə ziddir, hörmətsizlikdir və saymamazlıqdır!
Sizə məlumat verirəm ki, bu özbaşına məmurlar saxta yoldan əldə etdikləri sərvətlər və pullar o qədər gözlərini yumub ki, nə qanun tanıyırlar, nə də dövlət!
Sonda bir daha xahiş edirəm ki, qanun pozuntuları ilə məşğul olaraq, Sizin imzaladığınız sərəncamın tələblərini saymayan şəxslərin müəyyən edilib və onların cəzalanmasına göstəriş verəsiniz.
Möhtərəm Cənab Prezident!
Digər şikayətim Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətovun baş vermiş olayla əlaqədar mənə ünvanladığı qeyri-obyektiv cavab məktubu ilə əlaqədardır.
Dəfələrlə Şəmkir Bələdiyyəsi sədri Vüqar Həsənovun qanunsuz əməllərindən şikayət etməyimə baxmayaraq, Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətov həmişə onu müdafiə edərək mənə qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Həmin cavabda məktubda bildirilir:
“Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş müraciətinizə Şəmkir Regional Ədliyyə İdarəsində baxılmışdır.
Məlum olmuşdur ki, Şəmkir Bələdiyyəsi tərəfindən sizə qarşı qanunsuz hərəkətlərə yol verilməmiş, eləcə də bələdiyyə tərəfindən mülkiyyətinizə sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılmamışdır.
Həmçinin müəyyən edilmişdir ki, iddia etdiyiniz 20 kv.m torpaq sahəsi Şəmkir Bələdiyyəsinin 16.01.2004-cü il tarixli 7 saylı iclas qərarı İbrahimov Arzu Mahmud oğlunun mülkiyyətinə ayrılmış, lakin torpaq sahəsinə dair plan və ölçü sənədi hazırlanmamış, torpaq sahəsinin satış prosesi başa çatdırılmamış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır.
Eyni zamanda bildirik ki, Şəmkir Bələdiyyəsinə ünvanladığınız ərizədə sözü gedən torpaq sahəsinin Şəmkir şəhəri, 20 Yanvar küçəsində N saylı hərbi hissənin qarşısında yerləşdiyini iddia etmişsiniz. Bununla bağlı bildiririk ki, iddia olunan 20 kv.m torpaq sahəsinin daxil olduğu geniş ərazi hazırda N saylı hərbi hissə tərəfindən hasara alınaraq avtomobil dayanacağı kimi istifadə olunur.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq, “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”.
26.04.2021-ci il tarixdə DTX-nin icra başçısı A.Məmmədovun həbsi bir daha təsdiq edir ki, Vüqar Həsənov qanunsuz əməllər ilə məşğul olub və yenə də olur. Çünki DTX-nin saytında Şəmkir bələdiyyəsinin “Abad Şəmkir” MMC-nin satılması sosial şəbəkədə yayılmışdır. A.Məmmədov qanun pozuntusunu tək etməmişdir. Onun ətrafında iştirakçılar, vasitəçilər, onları dəstəkləyənlər, Bələdiyyə sədri Vüqar Həsənovun qanunsuz hərəkətlərinə göz yumanlar da qanun qarşısında cavab verəcəklər.
Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Z.Hümbətov yazdığı cavab məktubda göstərir ki, 16.01.2004-cü il tarixli 7 saylı iclas qərarı ilə A.M.İbrahimova sənədlər tam hazırlanmamış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Onda sual olunur: 2004-cü ildə Z.Hümbətov ədliyyə orqanlarında işləyirdiz, protokollara təklif, tövsiyyə yazırdınız? Nə üçün mənə həmin torpağın satılması üçün 100.000 (bir yüz min) manat vəsaitin bələdiyyə büdcəsinə ödənilməsi zamanı protokolu qəbul edibdir? Nə üçün alqı-satqı müqaviləsi tələb etmirdi? Bələdiyyə sədrinin qanunsuz hərəkətlərində Z.Hümbətovun da payı yoxdurmu? Bələdiyyələrə inzibati nəzarət edən, Zahir Hümbətov deyilmi?
Zahir Hümbətov 06.01.2021-ci il tarixdə 08/i-03 saylı məktubda yazır ki, nə üçün iddia olunan 20 kv.m torpaq sahəsinin daxil olduğu geniş ərazi hazırda N saylı hərbi hissə tərəfindən hasara alınaraq avtomobil dayanacağı kimi istifadə olunur? Mən dəfələrlə ona yazılı surətdə yazmışam ki, həmin ərazi Bələdiyyə səlahiyyəti daxilindədir, Z.Hümbətov isə Vüqar Həsənovu dəstəkləyir, onu müdafiə edir. Bu Vüqar Həsənov o bələdiyyə sədridir ki, A.Məmmədov ilə birgə bələdiyyə mülkiyyətini talan ediblər, bizi kimi vətəndaşların haqqına giriblər, qanunları pozublar. Məgər Z.Hümbətov protokollardan görmürdü? Bilmirdi ki, “Abad Şəmkir” MMC-yə yüz minlərlə manat pul daxil olub, pul çıxarılıb? Məgər bu MMC-lər hesabat verməli deyildilər? Nə üçün hesabatları vaxtında tələb etmirdi? Nə üçün V.Həsənovun 1 protokolda (09 fevral 2017-ci il № 02) həm həyat yoldaşına, həm də oğluna 1 gündə növbədən kənar, qanuna uyğun olmayaraq, torpaq satmasını görmürdü? İndi Z.Hümbətov mənə cavab məktubunda yazır ki, V.Həsənov qanunsuz hərəkətlərə yol verməmişdir. Z.Hümbətov necə qanun pozuntusu edən, mütəşəkkil qaydada fəaliyyət göstərən V.Həsənovu müdafiə edə bilər? Dediyim kimi, nə üçün Z.Hümbətov protokola inzibati nəzarət edəndə, mən bələdiyyə büdcəsinə 100.000 (bir yüz min) manat pul vəsaitini köçürəndə iradını bildirmədi? Protokolu oxumayıbsız yoxsa qanunsuz əmələ göz yumurduz? Mənim bu suallarıma ətraflı, səmimi cavab 2019-cu ilin may ayından ala bilmirəm.
Mənim şikayətim Şəmkir Regional Ədliyyə İdarəsindən, Şəmkir Bələdiyyəsinin sədrindən olmasına baxmayaraq, şikayət ərizələrimi Ali orqanlar Ədliyyə Nazirliyinə göndərir, Ədliyyə Nazirliyi isə öz növbəsində Regional Ədliyyə İdarəsinə göndərir. Xahiş edirəm, mənim şikayətimə Ədliyyə Nazirliyi, Ali orqanlar baxsın. Şikayət etdiyim Z.Hümbətov, Vüqar Həsənov və onların yerli orqanlarına ərizəm göndərilməsin.
Möhtərəm Prezident!
Zahir Hümbətovun cavab məktubundan fərqli olaraq Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyev tərəfindən Sakit İsmayılovun sorğusuna göndərilən cavab məktubunda isə həmin ərazinin Müdafiə Nazirliyinin balansında olmadığı bildirilir. Həmin cavab məktubunda bildirilir:
“Sizin Azərbaycan Respublikası Prezidentinə, Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa ünvanladığınız 01 oktyabr 2019-cu il tarixli şikayət ərizənizə aidiyyatı üzrə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır.
Ərizədə qeyd edilən əraziyə Müdafiə Nazirliyinin nümayəndələri ilə birgə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ərazi Müdafiə Nazirliyinin balansında deyil. Bu barədə Sizə 25.06.2019-cu il tarixli 2720 nömrəli, 03.07.2019-cu il tarixli 2823 nömrəli və 10.07.2019-cu il tarixli 3004 nömrəli, 17.07.2019-cu il tarixli 3124 nömrəli, 27.09.2019-cu il tarixli 4311 nömrəli məktublarla cavab verilmişdir. Xahiş edirik nəzərə alasınız”.
Beləliklə də İsmayılovlar ailəsinə qarşı bir neçə ildir ki, Alimpaşa Məmmədovun kadrları və digər məmurlar tərəfindən ötür-ötür oyunu davam edir”.
Hazırladı: Bəhlul ORUCOĞLU,
Araşdırmaçı jurnalist
//hurriyyet.az//
Oxşar Xəbərlər
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın:
İKİNCİ QARABAĞ MÜHARİBƏSİNİN İLK ŞƏHİDLƏRİ -
Vətən müharibəsinin daha bir qazisinə vəzifə verildi
Əziz Əzizov şəhid ailəsini ziyarət edib
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…