16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Türkiyənin İzmir şəhərinin Menderes səmtində 5,0 bal gücündə zəlzələ baş verib.
Sozcu.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Məlumata görə, yerli saatla 06:24-də qeydə alınan zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Ətraf vilayətlərdə, xüsusilə İzmirdə hiss edilən zəlzələdə mənfi halın olmadığı vurğulanıb.
AFAD yerli saatla 06.18-də eyni bölgədə 3,8 bal gücündə daha bir zəlzələnin qeydə alındığını açıqlayıb.