8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Baş redaktor və ailə üzvləri təqib olunur. Bu barədə RealMedia.az saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu özünün sosial media platformasında yazıb. Baş redaktor məlum yazısında qeyd edir ki, son vaxtlar Beyləqan rayon mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlar barədə yazdığı yazılara görə, onun ailə üzvləri, yaxın qohumları Beyləqan rayon prokurorluğu və xəstəxananın direktoru Nürəngiz Bəşirova tərəfindən təqib olunurlar. Beyləqan rayon prokuroru Ramazan Hadıyev isə, onun rayonun müəssisə və təşkilatlarında fəhlə kimi işləyən qohumları barədə araşdırma aparır. Məlumata görə həmin şəxslərin prokurorun qanunsuz tələbi ilə işdən çıxarılacağı gözlənilir. Bu səbəbdən də sayt rəhbəri ailə üzvləri ilə birlikdə təhlükəsizliyinin təmin olunması və rayon prokuroru Ramazan Hadıyevin və direktor Nürəngiz Bəşirovanın qanunsuz əməllərinə son qoyulması məqsədi ilə ölkənin Baş prokuroru cənab Kamran Əliyevə və DTX rəisi cənab Əli Nağıyevə müraciət ünvanlayıb. Odur ki, baş redkatorun həmin müraciətini təqdim edirik:
“Cənab Baş prokurur və cənab Xidəmt rəisi!Son günlər mətubu fəaliyyətimdən dolayı, rəhbəri olduğum “RealMedia.az” xəbər saytında Beyləqan rayon mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlar, həmçinin Beyləqan rayon polisi şöbəsinin əməliyyat məlumatı əsasında keçirdiyi əməliyyat nəticəsində xəstəxanada baş verən yanacaq oğruluğu ilə məşğul olan bir qrup şəxslərun cinayət başında yaxalandığı, onlar barəsində cinayət işi başlanıldığı, eləcə də xəstəxananın direktoru Nürəngiz Bəşirovanın özünün rəvac verdiyi ayrı-ayrı qanunsuzluqlar, korrupsiya faktları barədə araşdırma materiallar dərc edilmişdir. Hansı ki, həmin məlumatlar cinayət təqibi və hüquq mühafizə olrqanları tərəfindən aradşırılması zəruri saylan faktlardır.Həmçinin məqalələrdə qeyd etmişdim ki, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildirirlər.Xəstəxananın direktoru Nürəngiz Bəşirova isə yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olaraq məsuliyyətdən kənarda qalmaq üçün, hətta rayon prokurorlu ilə danışıqlar da apardığı bildirilir.İki gün əvvəl isə “Paralel.Tv”-nin canlı efiridə Beyləqan rayon mərkəzi zəstəxanasının direktoru Nürəngiz Bəşirovanın Ukraynadan əldə diplom edən və 3-6 aylıq “tibb” kursları keçən şəxsləri xəstəxananın tibb persanalına işə götürlməsi, eləcə də vaksinasiya saxtakarlıqları barədə fikir səsləndirmişəm.Həm yazılarımdan, həm də efirdə səsləndirdiyim çıxışımdan narahatçılıq keçirən Nürəngiz Bəşirova və rayon prokuroru Ramazan Hadıyev mənə qarşı “əks–hücum”əməliyyatı hazırlayır, prokuror Beyləqan rayonunda yaşayan ailə üzvlərimə, valideynlərimə, həmçinin fəhləlik edən qohum-əqrabalarıma qarşı araşdırmalara həyata keçirir. Mən prokurorun bu hərəkətlərinin qanunsuz hesab edirəm, ailə üzvlərimə və yaxın qohum-əqrabalarıma qarşı həyata keçirdiyi araşdırmaları, mətbu fəaliyyətimə basqı və mənəvi terror sayıram.Bu proseslər isə ailə üzvlərimin narahatçılığına səbəb olub. Əslində Beyləqan rayon prokuroru Ramazan Hadıyev Beyləqan rayon xəstəxanasında mövcud qanunsuzluqları araşdımalı olduğu halda, həmin hallara göz yumur, əksinə onu ictimailəşdirən jurnalisti və ailə üzvlərimi represiyaya məruz qoyur, təqib edir.Odur ki, Sizdən mənim və ailə üzvlərimin təhlükəsizliyini təmin etməklə təqiblərə son qoymağınızı, fəaliyyətimə olunan represiyaları dayandırmağı, Beyləqan rayon prokuroru Ramazan Hadıyevin və xəstəxananın direktoru Nürəngiz Bəşirovanın qanunsuz hərəkətlərini durdurmağı xahiş edirəm”.Hörmətlə,“RealMedi.az” saytının baş redaktoru
Ramin Məhəmmədoğlu