16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan biri - 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğlunun kimliyi müəyyən olunub.
Hadisənin təfərrüatı araşdırılır. (Report)