“Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” - Mədəniyyət Nazirliyi isə heç nə olmamış kimi susdu

“Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” - Mədəniyyət Nazirliyi isə heç nə olmamış kimi susdu

 

"Aydınlar Ocağı” adlı qurumun Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə nələrin bağladığı ölkədə hamıya sirr olaraq qalır

Sentyabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq ədası ilə İftixar Piriyevin "Soyqırımı tarixinin dastanı” tamaşası oynanılıb. Bu, o qədər də möcüzə kimi görünmədi. 135 illik yaşı və böyük ənənələri olan İrəvan Teatrının tarixində ilk dəfə olaraq başqa bir müəllifin yazdığı əsər direktor İftixar Priyevin imzası ilə təqdim olundu. 
Bütün bunlar azmış kimi, Türk Dünyasının, eləcə də bəşəriyyətin qatı düşməni olan, haqqında min cildlərlə dolu cinayət işi açılmış Fətullah Gülən adlı terrorbaşının "əl-amanları”nı teatrda 17 ildir direktor kürsüsündə oturan İftixar Piriyevlə nə kimi hədəflər bağlayır? Bu suala nazir Əbülfəs Qarayev cavab verə biləcəkmi? Əsla!!!

Piriyev "pir siyasəti” ilə YAP-ı da aldadıb

15 sentyabrda R. Behbudov adına Dövlət Mahnı Teatrının binasında İftixar Piriyevin iradəsi ilə özü tərəfindən qüsurlu plakat janrında hazırlanmış "Soyqırım tarixinin dastanı” kompozisiyası (peşəkar teatr tamaşası deyil) bədii tutumuna görə bəsit idi. Bütün bunlar azmış kimi, İftixar Piriyev YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu və digər səlahiyyətli yetkililəri də aldadaraq özünün təşkil etdiyi aksiyaya cəlb etmişdi. Təbii olaraq bu həmin gün baş verən dərdin yarısıdır. Belə ki, adı qardaş Türkiyədə terrorbaşı Fətullah Gülənlə eyni sırada çəkilən "Aydınlar Ocağı” təşkilatının rəhbərliyini də Bakıya dəvət edərək "Nuru Paşa”nın xatirəsi törəninə cəlb edib. Beləliklə də bəsit məzmunlu iki qurum adı çox böyük miqyasda səslənən "Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV qardaşlıq və candaşlıq” layihəsinə imza atdıqlarını bəyan ediblər.
Tamaşa-kompozisiyada nələr yoxdu? Bir yandan Nuru Paşanın qoşunla türk bayrağı altında Azərbaycana gəlişi, o biri yandan Aşıq Nəcəfin acı taleyi, digər yandan milli qəhrəman Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnəsi və digər motivlər bir-birini tamamlayırlar. Bayağı şəkildə hazırlanmış kompoziyanı ifa edən aktyorlara adamın yazığı gəlir. Kompozisiya-taşama bitəndən sonra bəlli olur ki, əsərin quruluşçu rejissoru, xoeroqrafı, tərtibatçı rəssamı və dramaturq kimi müəllifi İftixar Piriyevin özüdür. Elə buna görə də tamaşa həvəskar və dram dərnəyi səviyyəsindədir. Axı, o özü də yaxşı bilir ki, aktyor kimi heç zaman parlaya bilməyib. İndi də özünü rejissor, dramaturq, şair və daha nələr kimi təlqin və təqdim etmək siyasətinə üz tutub. Biz uzun müddətdir ki, mədəniyyət nazirliyinə bunu izah etmək istəyirik ki, "direktor teatrı” anlayşını ləğv etmək lazımdır. Nazirlikdə işləyən teatr, dramaturgiya və aktyor sənətindən başı çıxmayan məmurların özü belə gəlib bu tamaşaya baxsaydılar başlarını götürüb qaçardılar.

Türkiyə mətbuatının gündəmində olan "Kripto-FETÖ” düzəni

2000-ci ildə iqtidarda olan CHP-MHP koalisiyası dönəmində ölkənin Ana Yasa dövlət quruluşunu dəyişərək "İslam Xilafəti” qurmaqda ittiham olunan Fətullah Gülənə qarşı cinayət işi açıldı. 2015-ci ilə kimi ona inanan da, inanmayan da oldu. Ancaq, 15 iyul tarixində "FETÖ” hərəkatının açıq və gizli uzantıları bir araya gələrək gerçəkdən dövlət çevrilişinə cəhd etdilər. Halbuki, AKP iqtidarını uyaran yüzlərlə kitablar, on minlərlə qəzet maqalələri və TV proqramları olsa da, nədənsə şəriətçi AKP rejimi bütün bunlara inanmaq istəmirdi. Hətta AKP-nin ön sıralarında gedənlərin özləri ona mədhnamələr oxumaqdan belə çəkinmirdilər. "15 iyul darbesi” bir başa AKP iqtidarına qarşı çevriləndə artıq kimsədə şübhə qalmadı ki, "Fətoş”, "FETÖ” və başqa ayamalarla bilinən Fətullah Gülən nə qədər qorxunc və təhlükəli siyasətin başında oturub. İndi "FETÖ Hərəkatı”na qarşı ən ciddi təpkiləri AKP hakimiyyəti yürütməkdədir. "Cihadçı” qafa ilə yetişmiş AKP iqtidarının amansızlığından qorxan FETÖ tərəfdarları qılafını dəyişərək fərqli ampulada çıxış etməyə başlayıblar. Bu sırada "Anadolu Aydınlar Ocağı” təşkilatı ön sırada gəlir.

Kripto FETÖ siyasətinin içində yer alan "Anadolu Aydınlar Ocağı” ilgili son llərdə onların gerçək üzünü ifşa edən Türkiyə mətbuatında xeyli yazılar dərc olunub. İlk dəfə bu faktı 2012-ci ilin 20 fevral tarixində "ODATV” kanalı ifşa edərək xüsusi reportaj yayınlamışdır
(https://odatv.com/aydinlar-ocagi-opus-dei-fethullah-gulen-2002121200.html). Elə həmin il fevral ayının 25-də "Vatan” qəzetində "Aydınlar Ocagı OPUS DEI Fetullah Gülen” adlı baş məqalə çap edilmişdir (http://norotila.blogspot.com/2012/02/aydinlar-ocagi-opus-dei-fethullah-gulen.html). Eyni adlı məqalə 3 may 2018-ci ildə "meydansanat” (https://medyasanat50x70.wordpress.com/2018/05/03/feto-bir-opus-dei-taklidi-mi/)
internet saytında yer alıb. Türkiyənin nüfuzlu və çox oxunaqlalı əski qəzetlərindən olan "Hürriyet”in 3 yanvar 2015-ci il tarixində Fətullah Gülənin gizli çeteləri haqqında getmiş yazılardan biri də "Aydınlar Ocağı” qurumuna həsr edilmişdir (http://www.hurriyet.com.tr/gundem/gulen-cemaati-ne-opus-dei-benzetmesi-30221636). 17 fevral 2014-cü ildə Türkiyənin tanınmış "Aynıdlıq” qəzeti də "Aydınlar Ocağı” adlı qurumun Fətullah Gülənlə bağlı olduğunu bir çox dəlil-sübutlarla ortaya qoymuşdur
(https://www.aydinlik.com.tr/arsiv/ozdemir-ince-opus-dei). Bu gün "Aydınlar Ocağı” adlı bir qurumun Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə nələrin bağladığı ölkədə hamıya sirr olaraq qalır. Özəlliklə də teatrın direktoru İftixar Piriyevin bu məsələdə maraqlarının nədən ibarət olması da "sirri-xuda”dır. Tək görünən odur ki, İftixar Piriyevlə "Aydınlar Ocağı”nın bir-birinə olan sevgisinin sərhəddi yoxdur.

Aydınsız "Aydınlar Ocağı”

1960-cı illərdə Türkiyədə "SOL HƏRƏKAT” güclü bir şəkildə meydana gəldiyi dönəmdə "Türk-İslam” şüarı ilə ABŞ-dan gələn təlimatla "Aydınlar Ocağı” adlı qurum yaradıldı. Məqsəd ölkədə süni şəkildə türkçü-islamçı cameələri ölkədə sosial ədalət tələb edən gəncliyə qarşı yönəltməkdən ibarət idi. Çünki, "SOL HƏRƏKAT” ictimai və sosial ədalət uğrunda bütün cəmiyyəti bir araya gətirməyə başlamışdı. Bu da sömürgəçi xarici və daxili kapitalistlərin meydanının daralması, sonucda iflası demək idi. Elə bu dönəmdə "Aydınlar Ocağı” təşkilatı tələm-tələsik qurularaq, əhalinin bilgisiz çevrələrində türk-islam təbliğatlarını gücləndirməyə başladılar. Guya sol baxışlı insanlar dinsiz, imansız, xarici dövlətlərin nökəri və sair xəyanətlərə bulaşmışlar. Bu savadsız insanlar dərk etmirdilər ki, elə bunca işgəncələr və məhrumiyyətlər içində yaşamalarının sirri onları hər addımda istismar edənlərdir. Elə ABŞ-ın özündə həmin dönəmdə dünya ağalığı iddiası-hikkəsi ilə alışıb yanan milyaderlər çetesi süni şəkildə "hippi hərəkatı”nı quraraq ölkədə Həmkarlar İttifaqları Hərəkatının qarşısını aldılar. Gözəlim Türkiyəmizdə sömürgəçi çetelər qılaflarını dəyişərək "Aydınlar Ocağı” adı altında yeni şüuraltı istismar siyasətini hədəf seçdilər. "Aydınlar Ocağı”nın apardığı siyasət sol hərəkatın Həmkarlar Birliklərində güclü olmasını əngəlləmək idi. Lberal iqtisadiyyatın inkişafının qarşısını almaqla ölkənin neçə onilliklərə geri düşdüyünün fərqində belə deyildilər. Gerizəkalı, uydurma "türk-islam” sintezinin məramı konyukturanın şərtləri daxilində "ifrat mühafizəkar” cəmiyyət siyasətini yürütməklə bu qurum görəvini yerinə yetirirdi. Bu prosesi qaynadan və bəsit düşüncəli yazar kimi tanınan İbrahim Kafesoğlunun əsərlərini və irəli sürdüyü təlimləri oxumaq yetərlidir. Saxtakarcasına özlərinə cəmiyyətin "intellektual qafası” görüntüsünü yaratmış "Aydınlar Ocağı”na "Soyuq Savaş” dönəmi başa çatdıqdan sonra, ehtiyac qalmamışdı. Bu dəfə onlar kripto "Fətullah Gülən” siyasətinin içində yer aldılar. Beləliklə də "islam-türk sintezi” adlı uydurma proseslərdə görünməyə başladılar. Saxtakarcasına "devletin bekası” palazına bürünərək yeni sahiblərinin yanında yer aldılar. Onların əsil simasını açan Türkiyənin ünlü araşdırmaçılarından Yüksel Taşkın, Fatih Yaşlı, Gencay Şayian, Bozkurt Güvenc, Tanıl Bora kimi bilincli insanlar çoxsaylı kitablar da yazıblar.

Zehni Papaqçının əsərini İftixar Piriyev necə oğurlayıb?

25 may 2018-ci il tarixdə Sarıkamış və Çanakkale savaşlarının gizli yönlərini ilk dəfə dramaturgiyaya və nəsrə gətirən Zehni Papaqçının olması münasibətilə ona Şişlidə "Nazim Hikmət Kültür Mərkəzi”ndə "SƏNƏT ÖDÜLÜ” verilibdir. Həmin əsər "Soykırım Anıtının Destanı" adlanır. İftixar Piriyev plagiatlıq edərək bu müəllifin əsərini öz adına çıxaraq, mədəniyyət nazirliyini, teatrı və ölkə ictimaiyyətini aldadıbdır. Bu azmış kimi, "Kripto FETÖ”çu "Anadolu Aydınlar Ocağı” təşkilatının sədri İbrahim Özteklə bir araya gələrək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi "İlin Dövlət Başçısı” ödülünə layiq görüblər. Hətta bunun üçün xüsusi ödül də yapıblar. Belə bir konyukturaya ehtiyac varmı? Dəyəri 5 lirə (318 qəpik) olan "qramtoa”nı gözə soxmağın mənası varmı? Zehni Papaqçı "Ünlü Bir Judocunun Ölümle Dansı”, "Papakçı Yazıları ve Görüşleri”, "Kök”, "Çanakkale'ye Can Verenler”, "Terekemeler (Karapapaklar) Kökeni, Tarihi, Gelenek ve İnançları”, "Ölümsüz Düşünce Tilbe”, "Karapapaklar (Terekemeler)” adlı məşhur kitabların müəllifidir. Onun imzasını teatrın afişasından silərək əsəri öz adına çıxan direktor, şair, dramaturq, rəssam, xoreoqraf, aktyor və s. epitetlərlə tanınmaq istəyən İftixar Piriyevin saxtakarlıq etməsini mədəniyyət nazirliyində bilən varmı? Əgər ötən il olsaydı, onun ən yaxın dostu və keçmiş nazir müavini Ədalət Vəliyev çoxdan, özü də lap çoxdan dərhal xəbər tutardı. Biz hər dəfə xatırladanda ki, mədəniyyət nazirliyində teatr və mədəniyyəti sahəsini bilən mütəxəssis yoxdur məhz bu amilləri nəzərdə tuturuq. Teatr sənətini, dramaturgiyanı və bu sahəyə aid olan peşələri dərindən bilən peşəkar mütəxəssis orada çalışmalıdır ki, sabah hər hansı plagiatlığın qarşısını ala bilsin. Zehni Papaqçının əlində hüququ var ki, İrəvan Teatrını və mədəniyyət nazirliyini plagiatlığa görə sabah beynəlxalq məhkəməyə versin. Türkiyənin ən ünlü ödülünü məhz "Soykırım Anıtının Destanı" əsərinə görə almış Zehni Papaqçı sadəcə humanizm göstərərək bu addımı atmır.

"İmam Xətib” təhlükəsi

1980-ci illərdə Türkiyədə hakimiyyəti zorla ələ keçirən hərbi xuntanın dəstəyi ilə iş başına gələnlərdən biri də "Anadolu Aydınlar Ocağı” qurumu oldu. Bu növ qurumların vasitəsilə ölkənin milli varlığını gələcəkdə təhlükə altına atan "imam xətib okulları” meydana gəldi. Milli təhsil siyasəti zor gücünə dinsəlləşdirildi. DİTİB kimi daha qəddar quruluşlar peyda oldu. Bunun ardınca isə, milli dövlət olmanın təməl prinsipləri arxa plana keçdi. İndi Türkiyəmizi gerizəkalı düşüncə sisteminə yuvarladanlar elə o 1980-ci illərin yetişdirdiyi kadrların sayəsində baş verir. Milli dövlət olma siyasəti dinçilik pərdəsi altında ərimək zorunda qalıb. Bunun ən böyük təhlükəsi kütləvi "əməviçilik” ideyasının rəsmiləşdirilməsidir. Ölkənin total şəkildə türbanlaşmasının sirri bundadır. "Anadolu Aydınlar Ocağı”nın apardığı siyasət bunu isbat edir. Konyada "İmam Birqivi” adlı, tarixdə belə adının unuduluğu birinin gündəmə gətirilməsi, çeşidli törənlərin keçirilməsi bu təşkilatın gerçək siması deməkdir. Dünyanın bütün mədəni ölkələrində dövlətin və millətin gələcəyi məsələsi üzərində dartışmalar gündəmə gətirilir. Bunlar keçmişin içində insanlarımızı və cəmiyyəti gömmək taktikasına üz tutublar. Bax budur gerizəkalılıq. Ulu Öndər Qazi Mustafa Kamal Atatürkə qarşı həyatı boyu küfrlər sərgiləyən və buna görə də dəfələrlə həbsdə olmuş, ortabab şair kimi tanınan Nəcib Fazıl Kısakürekə daim haqq qazandıran da elə bu "Aydınlar Ocağı” təşkilatıdır.



Oxşar Xəbərlər

Xəbər lenti