12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov bir müddət əvvəl ölkəni tərk edib.
Hurriyyet.az xəbər verir ki, keçmiş məmur 2 aya yaxındır ki, Türkiyədə yaşayan oğlu Anar Məmmədovun yanına köçüb.
Qohumlarından birinin dediyinə görə, o, sentyabrın axırlarında vətənə dönəcək.
Mənbənin sözlərinə görə, Z. Məmmədov birdəfəlik oğlu və nəvələrinin yanına köçmək istəsə də, hələ ki onun bu arzusu baş tutmur. Çünki Türkiyə qanunları vətəndaşlığı olmayan şəxslərin ölkədə cəmi 90 gün qalmasına icazə verir. Türkiyə vətəndaşı olmaq və ölkədə davamlı yaşamaq üçün müəyyən hüquqi prosedurlara əməl etmək lazımdır. Bunun ən asan yolu isə daşınmaz əmlaka sahib olmaqdır.
Qohumu deyib ki, Z. Məmmədov Azərbaycanda ajiotaja səbəb olacağından ehtiyatlandığı üçün Türkiyədə öz adına ev almaqdan imtina edib.
Oktyabrın əvvəllərində Azərbaycana qayıtmağa hazırlaşan keçmiş nazirin qısa müddət sonra yenidən Türkiyəyə dönəcəyi bildirilir. Z. Məmmədovun diqqət mərkəzinə düşməmək üçün bu taktikadan yararlandığı qeyd olunur.
Yenisabah.az