16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.
Sozcu.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.
İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.
8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.