11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İrana 22 yaşlı Mahsa Əmininin “geyim qaydalarını pozduğu” ittihamı ilə həbs edilməsinin ardından həlak olmasından sonra başlayıb ölkəni bürüyən etiraz nümayişləri zamanı 3 nəfərin öldüyü bildirilir.
Fars agentliyinin məlumatına görə, Kürdistan vilayətinin valisi İsmayıl Zareikuşa vilayətin şəhərlərində keçirilən nümayişlərdə 3 nəfərin şübhəli şəkildə öldüyünü açıqlayıb. 2 nəfər silahla vurulub, 1 nəfərin isə ölüm səbəbi araşdırılır. Vali Zareikuşa silahlı qüvvələrin həmin 3 nəfərin vurulduğu silah növündən istifadə eləməyini də söyləyib.
Müzalifət mətbuatı isə nümayişlər zamanı 5 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını iddia edir.
Hürr Tərcüman