Füzulidə dəhşətli qəza: İki hərbçimiz həlak oldu


Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cü il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Baş vermiş qəzada vəfat edən şəxslərin hər ikisi Azərbaycan ordusunun zabiti olub.

Sozcu.info-nun məlumatına görə, A.Nəzərov mayor, İ.İmdatlı isə baş leytenant rütbəsində xidmət edib. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Qəzada vəfat edən sürücü, Azərbaycan Ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti