Bu gün, 15:28
Dünən, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
XX əsrin sonlarında xalqımız bir daha silkələnib-dalğalandı, kükrəyib ayağa qalxdı və sovet dövlətinin əsarətinə “yox” dedi. Hərçənd bu oyanış qurbansız ötüşmədi. Can verməkdə olan sovet imperiyası son nəfəsdə qan tökdü. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə faciə baş verdi. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Ümumilikdə bu faciə zamanı respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.1990-cı illərin əvvəllərində müstəqilliyini elan edən Azərbaycanda ictimai vəziyyət çox mürəkkəb idi. Əldə olunan müstəqillik həddən ziyadə kövrək idi. Azərbaycan ötən əsrin sonlarına doğru tarixi şans və milli iradə əsasında özünün dövlət müstəqilliyinə qovuşarkən məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi potensiala istinad etmişdir. Bununla belə müstəqilliyimizin ilk illərində özünü göstərən xaos və anarxiya, iqtisadi tənəzzül, qanunçuiluğun, hüquq qaydalarının təminatIısahəsindəki problemlərin, habelə vətəndaş itaətsizliyi zəminində baş qaldırmış siyasi gərginliyin əsas səbəbi hakimiyyətdə xalqı öz ətrafında birləşdirərək milli məqsədlər naminə səfərbər edəcəkqətiyyətli rəhbərin yoxluğu olmuşdur.Canı, qanı bahasına müstəqillik nemətinə qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü ciddi problem kimi göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdir. Bunun nəticəsi kimi də bu dövrdə Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi qarşıdurma kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmış və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdir.Bu arzuolunmaz vəziyyət yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmış, ulu öndər müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Yunis ƏsgərliSuraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Sozcu.info