Bakıda ərəb turist gecə klubunda öldü


Bakıda ərəb turist vəfat edib.

Sozcu.info xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində baş verib. 1969-cu il təvəllüdü, Küveyt vətəndaşı Ali Alshemali Nəcəf oğlu Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Baku Music Hall” gecə klubunda olarkən özünü pis hiss edib.

Belə ki, qardaşının ailəsi və öz xanımı ilə birlikdə yemək yeyən zaman onun səhhəti pisləşib və restoranın tualetinə gedib. O, sanitar qovşaqda qəfil vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası dəvət edilsə də, Ali Alshemali Nəcəf oğlunun dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}