16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Sozcu.info Qərb bürosunun məlumatına görə, aeroport yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.
Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.