16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub.
Sozcu.info Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.