Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub


Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.

Bu barədə Sozcu.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}