Yunanıstanda güclü yanğınlar - adalar kül olur


Sozcu.info “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Yunanıstanın Rodos adasında artıq 8-ci gün davam edən yanğınlar nəticəsində adanın torpaqlarının 10 faizinin yandığı təxmin edilir.

Yanğınlar ötən həftənin çərşənbə günü başlasa da, hələ nəzarət altına alınması mümkün olmayıb. ERT dövlət televiziyası 150 kvadrat kilometrə yaxın ərazinin (yəni ada ərazisinin təxminən 10 faizinin) külə döndüyünü xəbər verib. Adanın 19 min nəfər sakini təxliyyə edilib. Yanğının səbəblərini araşdırmaq üçün Rodos prokurorluğu tərəfindən təhqiqat başlanıb.

260 yanğınsöndürən, 9 yanğınsöndürən təyyarə və 2 vertolyot yanğınlarla mübarizə aparır.

Yunanıstanın tətil adalarından olan Rodos ildə ortalama 1,5 milyon xarici turist qəbul edir. Hazırda minlərlə turist təyyarələrlə öz evlərinə qayıdıblar. Turizm Yunanıstanın gəlirinin 18 faizini təşkil edir.

Krit adasından sonra Yunanıstanın ikinci böyük adası olan, Afina şəhərindən şərqdə yerləşən Eyribozda da yanğınla mübarizə davam edir, bir yanğınsöndürən təyyarə bu adada qəzaya uğrayıb, ii pilotun taleyi naməlumdur.

Yanğınlar Korfu adasını da cənginə alıb – bazar ertəsi günü buradan 2500 nəfər köçürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}