16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Bu barədə Sozcu.info-ya DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.