Biləsuvarda yeniyetmə atasını öldürüb


Biləsuvarda qətl hadisəsi baş verib.

APA-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}