Bu ölkədə baş verən zəlzələdə ölənlərin sayı 300-ə çatdı


İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.

Sozcu.info xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.

Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.

Rəsmilər vətəndaşları sakit olmağa, panikaya düşməməyə çağırırlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}