Bakıda "Galendewagen"in iştirakı ilə üç maşın toqquşdu, xəsarət alan var - FOTO


Bakının Səbail rayonunda dörd maşın qəzaya uğrayıb.

Sozcu.info APA-ya istinadə xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində yol ayrıcında qeydə alınıb.

Belə ki, “BMW” markalı maşının sürücüsü sükana nəzarəti itirərək aşıb.

Aşan nəqliyyat vasitəsi yol kənarında dayanan “Mercedes Galendewagen” markalı maşına çırpılıb.

Hərəkətsiz vəziyyətdə olan “Mercedes” yol kənarında dayanan “Toyota” və “Chevrolet” markalı maşınlara dəyib.

Zərbənin gücündən “BMW” yararsız hala düşüb və sürücüsü xəsarət alıb.

Fakt üzrə əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}