16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.
Sozcu.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.