“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər” - FOTOFAKT

“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”
DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, 3-cü mikrorayon, Əliquli Qəmküsar küçəsi, bina 18-in sakinləri tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər binanın zələzələ nəticəsində hər an uçmaq təhlükəsi ilə üz-üzə olduğunu deyirlər:

“Naxçıvan şəhəri, 3-cü mikrorayon, Əliquli Qəmküsar küçəsi, bina 18-in sakinləri (köhnə “Betonzavod”un yataqxanası) olaraq bildiririk ki, yaşadığımız binan təhlükəli vəziyyətdədir, iç və çölü bərbad haldadır. Köhnə bina olduğu üçün zəlzələ nəticəsində divarlar bir-birindən ayrılsa da, bina uçmayıb. İllərdir təhlükə içərisində yaşayırıq. Müraciətimizı müvafiq orqanlar cavab vermir.

Gecələri qorxudan evlərimizdə rahat yata bilmirik. Vasif Talıbovun vaxtında da müraciət etdik, bizləri susdurdular və tədbir görülmədi. Prezident gələn ərəfəyə yaxın binanın üzünü bəzəyirlər, il tamam olmamış cat verir, çünki divarlar altdan çatdır.

Biz burda təhlükədəyik. Sabah bu bina yıxılsa, inanınki, ona da bir söz tapıb deyəcəklər. Zəlzələlər nəticəsində binaya yetərincə zərər dəyib. Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər.

Sizin redaksiyadan xahiş edirik, bu şikayəti işıqlandırın, bəlkə bir tədbir görülə”.

“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”
“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”
“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”
“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”
“Bəzi məmurlar sanki faciəvi şəkildə ölməyimizi gözləyirlər”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}