Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı


41 yaşlı kişi 3 nəfər qonşusunu bıçaqlamaqda şübhəli bilinir.

Sozcu.info xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə Samuxun Çobanabdallı kəndində baş verib. Kənd sakini 41-yaşlı Fədail Quliyev qonuları - 22 yaşlı Ayxan Nəbiyevi, onun anası Aynur Nəbiyevayanı və 63 yaşlı Xaliq Həsənovu bıçaqlayıb. Daha sonra isə özünə xəsarət yetirib.

Hadisə zamanı xəsarət alan Xaliq Həsənovun sözlərinə görə, qonşusu ona heç bir səbəb olmadan qəflətən hücum edib. Kənd sakinlərinin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Fədail Quliyev ailəsi ilə ayrıldıqdan sonra uzun müddət tək yaşayıb. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Sakinlər adıçəkilən şəxsin bir müddət müalicə aldığını da qeyd ediblər.

Hadisə zamanı yüngül xəsarətlərlə qurtula bilən Xaliq Həsənov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun qonşuları - 22 yaşlı Ayxan Nəbiyev və anası Aynur Nəbiyevaya isə xəstəxanaya yerləşdirilib. Həkimlər gənc oğlanın vəziyyətini orta-ağır qiymətləndirirlər.

Polis hadisəni törətməkdə şübhəli bilinən 41 yaşlı Fədail Quliyevi saxlayıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}