Bu gün Azərbaycan səmasında meteorlar görünəcək


Noyabrın 17-si gecəboyu Leonid meteor selinin piki baş verəcək.

Sozcu.info xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq.

Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.

Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən, meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşüb. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağıb. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaradıb. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan ursidlərin müşahidəsinə mane olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}