8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məmməd Əfşan keçmiş kollektivi ətrafına yığıb işə başladı
Bütün dünyada olduğu kimi Azərbaycan mətbuatında satira janrı hər zaman aktual olub. Sanki satirik mətbuat cəmiyyətin güzgüsü olmaq kimi məsul bir vəzifəni çiyinlərinə alıb. Şübhəsiz ki, satira mətbuatının ən nəhəng örnəyi "Molla Nəsrəddin”dir. "Molla Nəsrəddin”dən qaynaqlanan Azərbaycan satirik mətbuatı sonralar da varlığını qoruyub saxladı. "Kirpi”, "Mozalan” satirik jurnalları buna sübutdur.
Azərbaycan satirik mətbuatı "Molla Nəsrəddin”dən "Kirpi”yə, ordan da "Kirpi.tv”yə qədər şərəfli ömür keçib. "Kirpi” "Molla Nəsrəddin”in davamçısı sayılır. Əlbəttə, hər dövrün məziyyətləri nəzərə alınmaqla. "Kirpi” jurnalı nəşrə 1952-ci ildə başlayıb. Həmin ildən çap olunmağa başlayan "Kirpi” jurnalı "Molla Nəsrəddin” ənənələrinə sona qədər sadiq qalıb. Kommunist ideologiyanın ən kəskin zamanlarında jurnal satirik məzmunu, karikaturaları və felyetonları ilə o dövrdə mövcud olmuş iyrənclikləri, nöqsanları məsxərə atəşinə məruz qoyub.
"Kirpi” dövrün, zamanın tələbi idi. "Kirpi” jurnalının nəşrə başlaması karikatura janrının inkişafında da müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan verdi. Əsasən, sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi” jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.
Karikatura janrına marağın artması, "Kirpi " jurnalının oxunaqlı jurnal olması bu sahəyə peşəkar rəngkar rəssamların axını ilə müşayiət olundu. "Kirpi” jurnalının populyarlaşmasında xalq rəssamı İsmayıl Axundovun mühüm xidmətləri olub. 1990-cı illərin əvvəllərində çətin vaxtlarını yaşayan jurnal bir müddət çap olunmayıb. Ömürlərini bu jurnala həsr etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu və başqaları jurnala ikinci ömür verdilər.
"Kirpi” ilə paralel "Mozalan” satirik kinojurnalı da o dövrlərdə xüsusi fəaliyyəti ilə seçilirdi və burada da həm "Kirpi”də çalışan karikaturaçılar, həm də sırf onlarla əməkdaşlıq edən karikaturistlər fəaliyyət göstərirdilər. Təəssüf ki, son zamanlar tənqidlə təhqir arasındakı cizgi itib. Təhqiri tənqid adıyla təqdim edirlər. Bu da satiraya marağın azalmasına səbəb olub. İndi çox adam satiradan çəkinir, qorxur. Satira təhqir deyil, tənqiddir. Satiranın təhqirlə əvəzlənməsi isə müasir informasiya cəmiyyətinin ən böyük çatışmazlığı, nöqsanıdır.
Sovet dövrünü xatırlayanlar, yəqin ki, "Kirpi” jurnalını unutmayıblar. Xoşagəlməz hadisələri kəskin oxlarıyla nişan alan "Kirpi”nin hədəfinə çevrilmək o dövrdə bəlkə də ən arzulanmaz hadisə idi. "Kirpi”nin adı gələndə Azərbaycan səmalarında uçan quşlar da qanad salardılar.
SSRİ-nin dağılmasıyla "Kirpi”nin səsi-sorağı azalmağa başladı. Bunun bir səbəbi dövlət nəzarətindən uzaq mətbuatın çoxalması idisə, digər səbəbi isə mətbuatın sözünün əhəmiyyətsizləşdirilməsi idi. Azərbaycan hakimiyyətinin ictimai rəyə əhəmiyyət verməməsi, mətbu orqanların işıqlandırdıqları problemlərin həll olunmaması "Kirpi”ni də gözdən salmışdı.
Daha sonra "Kirpi”nin adını yaradıcı kollektivi arasında yaranan qalmaqallarla eşitməli olduq. Bir müddətdən sonra isə ümumiyyətlə jurnalın bağlandığı xəbərləri gəldi. Ancaq çox keçmədən "Kirpi” jurnalının tanınmış yazıçı-publisist Məmməd Əfşanın rəhbərliyi ilə yenidən mətbuat sahəsinə qayıtdığına dairlər xəbərləri yayıldı. Artıq jurnalın iki sayı çap da olunub. Maraqlıdır, "Kirpi” yenə əvvəlki möhtəşəmliyinə qayıda, öz dəsti-xəttini saxlaya biləcək? Yoxsa yeni "Kirpi”nin iynələri bir o qədər də iti olmayacaq?
"Kirpi” jurnalının Azərbaycanın ən uzunömürlü satirik jurnallarından biri olduğunu qeyd edən Məmməd Əfşan deyib ki, "Molla Nəsrəddin” jurnalı 24-25, "Babayi-əmir” cəmisi 2-3 il yaşayıb. "Kirpi” isə 1952-ci ildə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin satira və yumor jurnallarının açılması barədə qərarından sonra fəaliyyətə başlayıb. Məqsəd isə totalitar rejimin çatışmazlıqlarını cəmiyyətə çatdırmaq və qərəzsiz ictimai qınaq rolunu oynamaqdan ibarət idi. Yarandığı gündən böyük hay-küyə, oxucu marağına səbəb olan "Kirpi” 1989-cu illərin əvvəllərinə qədər ölkədə nəşr olunan ən populyar jurnal hesab olunurdu. Bunu uzun müddət jurnalda çalışdığım üçün tam əminliklə deyirəm.
- "Kirpi” niyə bu qədər sevilirdi ki?
- Əvvəla, jurnal dövlətin himayəsində idi və bütün tənqidlər yuxarıdan bildirilirdi. Əslində "Kirpi”ni sevdirən çox şeylər vardı. Həmin illərdə camaat o qədər tərifə meyilli idi deyə, tənqid yaddan çıxmışdı. "Kirpi” isə həqiqəti yazan yeganə jurnal idi.Jurnalın səhifəsində xalqı düşündürən, narahat edən mövcud çatışmazlıqlar, əyər-əskiklər dərc edilirdi və hansı vəzifə sahiblərinin səhlənkarlığı, naşılığı, işbilməzliyi və laqeydliyi üzündən buraxılan nöqsanlar açıq-aşkar göstərilirdi. Jurnalda həmçinin dövlət əmlakına gizlincə əl uzadan haramxorlar, oğrular, fırıldaqçılar, rüşvətxorlar, o dövrün dili ilə desək, "və sair antipodlar” sərrast, düzgün, qərəzsiz tənqid olunurdu. Bu haqlı tənqidə görə də rəhbər partiya və sovet orqanları "Kirpi”ni müdafiə edib, günahkarları layiqincə cəzalandırırdı. Daha dəqiq desək, Respublika KP Mərkəzi Komitəsi özü jurnalın fəaliyyətini diqqətlə izləyirdi.
Jurnal 450 min tirajlaçıxırdı və 300 mini abunə yazılırdı.Ancaq "Kirpi” jurnalı 1952-ci ildən ta 1986-cı ilə kimi çoxminli oxucuların, peşə və sənət adamlarının ənçox oxuduğu vəsevdiyi jurnalidi.1985-ci ildən, daha dəqiq desək, Mixail Qorbaçovun "yenidənqurma”sı, digər ictimai-siyasi, mədəni və təsərrüfat sahələrində olduğu kimi, ədəbi tənqidə, o cümlədən də "Kirpi” jurnalına mənfi təsir göstərdi.Belə ki, həmin dövrlərdən başlayaraq, jurnalayda ikidəfə yox, bir dəfə dərc olunmağa, siyasi vəictimai satiranın kəsəri azalmağa başladı.Peşəkar satiriklərvə güclü qələm sahibləri redaksiyadan uzaqlaşdırıldı.Onları isə satira aləminə yad olanadamlar əvəzlədi.Bu azmışkimi rəhbər orqanlar daonun fəaliyyətinə nəzarəti zəiflətdi və nəhayət, ayda ikidəfə və ən azı 350 min tirajla dərc edilən jurnalın əvvəlki şöhrəti büsbütün itdi.İldə 3-4 nömrəsi cüzi tirajla buraxıldı.2017-ci ilin əvvəlindən - Baş redaktor P.Qasımovun vəfatından sonra onunnəşri dayandırıldı.
Onu da deyimki, "Kirpi”nin buqədər səs-küy yaratmasının bir səbəbi də o idi ki,jurnal fəaliyyətə başladığı gündən onunrəhbərliyində vəyaradıcı kollektivində ictimaiyyət tərəfindən tanınan, nüfuzlu peşəvə sənət sahibləri çalışırdılar.Bu da "Kirpi”nin ilknömrələrindən etibarən, nüfuz, hörmət və şöhrət tapmasında əsasamil idi.Prinsipiallığı və işgüzarlığı ilə tanınan Əvəz Sadıq, ondan sonrakı baş redaktorlar - ömrünün 20 ildən çoxunu "Molla Nəsrəddin” jurnalında çalışan, qocaman jurnalist Qulam Məmmədli, satirik yazıçı Seyfəddin Dağlı, yazıçı Salam Qədirzadə və Şamil Xurşud jurnalın oxunaqlı və qərəzsiz mövqe tutmasına çalışıblar və peşəkar satiriklər dəstəsi yetişdirilməsində böyük əmək sərf ediblər.
Məhz bu səbəbdən də Azərbaycanın ünlü şair və yazıçıları, o cümlədən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov, Sabit Rəhman, Əli Vəliyev, Rüfət Əhmədzadə və qeyriləri jurnalla müntəzəm əlaqə saxlayır, satirik şeir və hekayələrini dərgidə çap etdirirdilər. Hətta böyük Səməd Vurğunun "Çil toyuğun tək yumurtası” adlı satirik şeiri ilk olaraq "Kirpi” jurnalında dərc olunmuşdu.
O dövrdə jurnal redaksiyasında tanınmış yazarlarla yanaşı, gənc satiriklər də toplanmışdı. R.Əhmədzadə, R.Zəbioğlu, A.Elçin, Nemət Sükut və s. belələrindən idi. Jurnalda həmçinin Nəcəfqulu, Tenavski, Adil Quliyev, Hafiz Nəsiroğlu kimi karikatura ustaları çalışırdı və onların çəkdikləri karikaturalar məna və məzmun etibarı hamını heyran qoyurdu.
- Polad Qasımovdan sonra "Kirpi”nin əməkdaşları niyə jurnalın fəaliyyətini davam etdirmədi?
- Polad Qasımov rəhmətə gedəndən sonra, onun oğlu "jurnal atamdan miras qalıb” - deyərək dərgini qeyri-qanuni özəlləşdirdi.Bu azmış kimi, redaksiya əməkdaşlarını işdən çıxartdı və jurnalın uzun illik əmlakını daşıyıb harasa apardı. Sonda da heç nəyə nail olmadı. Qeyd edim ki, həmin adam Respublika Gömrük Komitəsində işləyir. Onun bu addımı uzun illər "Kirpi”də yazan bir satirik kimi mənə çox pis təsir elədi.Köhnə kollektivi ətrafıma yığıb "Kirpi” ənənələrini davam etdirməyə məcbur oldum.Mənim nəşr etdiyim jurnalın "Kirpi.tv” adı ilə artıq 2 sayı çap olunub, 3-cü nömrəsini çıxartmağa hazırlaşırıq.Jurnal ayda bir dəfə nəşr olunacaq.Əgər maddi imkanımız olsa, dövlət bizə də maliyyə yardımı göstərsə, "Kirpi.tv”ni 60-cı illərin "Kirpi”si səviyyəsinə gətirib çıxaracam.Cəmiyyət müasir dövrdə dövlətin siyasi, iqtisadi tərəqqisində və cəmiyyətin sürətlə inkişaf prosesində mətbuatda tənqid boşluğunu doldurumaq məqsədi ilə "Kirpi.tv” satira-yumor jurnalı nəşr etmək qərarına gəldik.
Bir daha deyirəm, "Kirpi.tv”-nin amalı cəmiyyətdə sağlam mühit yaratmaq, dövlət qanunları çərçivəsində fəaliyyət göstərmək, real və qərəzsiz tənqidi çıxışları ilə dövlətimizin inkişafında ona dəstəkçi olmaqdır.El məsəlidir, deyərlər, tənqid olmayan yerdə həqiqi inkişaf da yoxdur.Çünki tənqid cəmiyyətin güzgüsüdür. O, sağlam mənəvi mühitin formalaşmasına daim kömək edir. Həqiqətin bir üzü olmalıdır.
- Düşünürsünüz ki, maliyyə problemlərinizin həlli istiqamətində dövlət dəstəyi olsa, "Kirpi.tv” oxucuların masaüstü jurnalına çevrilər?
- İndinin özündə də "Kirpi”yə kifayət qədər maraq var. Cəmisi 2 nömrəmiz çıxıb, artıq 4 oxucu məktubu yayımlamışıq.Məktublar gəlməkdə də davam edir.Hamısı da məmurlardan, idarəçilərdən şikayətdir.Bizim məqsədimiz xalqı dövlətdən narazı salan qüvvələri ifşa etmək, dövlətin və xalqın mənafeyini müdafiə etməkdir.
O ki qaldı bizim hədəfimizə; bunu gələcək fəaliyyətimiz göstərəcək. Bizim üçün hədəfin böyüyü və ya kiçiyi olmayacaq.Həqiqi, real, dürüst, qərəzsiz tənqid və aydın mövqe nümayiş etdirəcəyik.Bəli, tənqid acıdır. Onu hər adam qəbul eləmir. Amma cəmiyyətimizin daxilində hamını narahat edən əyər-əskiklər və yaralar-illətlər də az deyil. Onları aşkarlamağa və cəmiyyətin əzalarından xaric etməyə çalışacağıq.Budur, bizim amalımız."Kirpi.tv” bu gündən etibarən çox çətin, nahamar yola çıxır. Bu yolda Allahımız bizə yar, dövlətimiz havadar olsun!
Bizim də öz dəsti-xəttimiz olacaq.Güclü qələm sahiblərini ətrafımıza toplamaqla və "Molla Nəsrəddin” ənənələrini onun və sələflərinin mübariz mövqeyini qoruyub saxlamaqla yazıb, yaradacağıq. "Molla Nəsrəddin” Mirzə Cəlili, M.Ə.Sabiri, Ə.Qəmküsarı, Q.Məmmədlini; "Kirpi” R.Əhmədzadəni, R.Zəbioğlunu, Nəcəfqulunu, Adil Elçini, Hafiz Nəsiroğlunu yetişdirdiyi kimi, "Kirpi.tv” də özünün peşəkarlarını, istedadlı qələm sahiblərini yetişdirəcək.
- Tirajı nə qədərdir?
- Elə də az deyil. 1000 tirajla nəşr olunur.Köşklərə də veririk.Şübhəsiz ki, tirajın sayını daha da artırmağı düşünürük.
- Mətbuatın ümumi durumunu necə dəyərləndirirsiz?
- Mətbuata qarşı bu cür laqeyd münasibəti heç görməmişdim. Şirməmməd müəllim həmişə deyirdi ki, jurnalistin tükü də antena olmalıdır.Yaxşı jurnalist yaxşı hüquqşünas, yaxşı jurnalist yaxşı filoloq, yaxşı jurnalist yaxşı tarixçidir, həkimdir, sosioloq, psixoloqdur.Yoxsa ki dünən traktorist olan, bu gün jurnalist olub qəzet açır.Ədliyyə Nazirliyində 5000-dən artıq KİV qeydiyyatdan keçib.Reallıqda isə 30-40 KİV-in fəaliyyəti gözə görünür.İndikilər nə jurnalistikanın etik davranış qaydalarına, nə də peşə kodeksinə əməl edir.50 ildir Azərbaycan mətbuatında külüng vururam, amma adım heç yerdə yoxdur.Çünki hər zaman həqiqətə xidmət edib, düz söz demişəm.
Şəymən,
"ŞƏRQ" qəzeti