Həsən Ruhani:"İran bölgədəki dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır"

Həsən Ruhani:"İran bölgədəki dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır"

 

Hazırda düşmənlərin İran xalqı əleyhinə yönələn məkrli planının əsasında ümidsizlik yaratmaq dayanır.

Azərtac xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə deyib.

Prezident bildirib ki, İran bölgədəki dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Bununla yanaşı, İran özünə qarşı da hörmət tələb edir. Onun sözlərinə görə, milli iqtisadiyyatı dirçəltmək üçün yerli istehsala dəstək vermək lazımdır.

H.Ruhani qeyd edib ki, İran xalqı bəşəriyyətin parlaq gələcəyinə inanır və bu fakt bizi tarixin gələcəyini qaranlıq görənlərdən fərqləndirir.



Oxşar Xəbərlər

Xəbər lenti