“Zeytun" aptekə cərimə protokolu yazılıb

Azərbaycanda dərman şirkətinə cərimə protokolu yazılıb.
Sozcu.info-nun xəbərinə görə, “Zeytun Pharmaceuticals” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mətanət Hacıyevanın icraatına verilib. Məhkəmə iclasının vaxtı məlum deyil.
Bu xətaya görə, vəzifəli şəxslər 1 000, hüquqi şəxslər isə 1 500 manat cərimə edilir.


Oxşar Xəbərlər

Xəbər lenti