12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 027 aktiv xəstə var. Bu günə qədər 9843 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3772, bu günə qədər isə ümumilikdə 7 184 639 test icra olunub.