Bakıda telefon rabitə xətti oğurlayan qardaşlar saxlanıldı

Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.
Sozcu.info-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub. 
Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.






Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}