“Qanuni oğru“ Azərbaycan diasporunun nümayəndəsinə 6 kq qızıl “atıb“

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndəsinə qarşı 50 milyon rubl (təxminən  1 milyon 200 min manat ) dəyərində dələduzluq baş verib.
Sozcu.info-ın yerli KİV-ə istinadən məlumatına görə, azərbaycanlı, “Qiya Sverdlovski” ləqəbli qanuni oğru Georgi Akoyevlə əlaqəyə girərək, onda olan 6 kq qızılı satmaq niyyətində olduğunu bildirib. 
Məlumata görə, “Sverdlovski”nin adamları ilə görüşən həmyerlimiz qızılı onlara təhvil versə də, əvəzində  ümumiyyətlə pulsuz qalıb.
Yerli KİV-in yazdığına görə, azərbaycanlı indi polisə də şikayət edə bilmir. Əvəzində başqa “qanuni oğru”larla əlaqəyə girərək onlardan kömək istəyir


Oxşar Xəbərlər

Xəbər lenti