5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Dünya enerji bazarlarında neft qiymətlərində eniş davam edir. Son ticarət əməliyyatlarının nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin bir bareli 3 dollardan çox ucuzlaşıb.
Sozcu.info xəbər verir ki, hazırda Azərbaycan neftinin bir bareli 105,55 ABŞ dollarına satılır. Bu, əvvəlki göstərici ilə müqayisədə 3,16 faiz azalma deməkdir.
Eyni zamanda, “Brent” markalı neftin iyul fyuçersləri də ucuzlaşaraq 100,59 dollar səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftində də qiymət enişi qeydə alınıb. Burada Azərbaycan neftinin bir barelinin qiyməti 102,46 dollara düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar olub. Ən yüksək qiymət isə 2008-ci ilin iyul ayında qeydə alınıb və 149,66 dollara çatıb.
Musavat.com