Rafael Cəbrayılovdan son xəbər

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rəfael Cəbrayılovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə keçmiş deputat növbəti dəfə ifadə verib.
Sozcu.info-a danışan zərərçəkmişlərdən biri Təranə Fətəliyeva yenidən məhkəmənin keçiriləcəyini deyib. Onun sözlərinə görə, məhkəmə zamanı Rəfael Cəbrayılov məsuliyyəti öz üzərindən atmağa çalışıb. O, bu məsələdə qardaşını və digər yaxınlarını ittiham edib.
Məhkəmə prosesi avqust ayının 19-na təxirə salınıb.
Qeyd edək ki, 15 ilə yaxın Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.


Oxşar Xəbərlər

Xəbər lenti