Vaqonlardan oğurluq edən şəxslər SAXLANILDI - FOTO/VİDEO

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bidlirilib ki, naməlun şəxslər vaqonların alt hissəsində quraşdırılan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıb.
Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ələt qəsəbəsi sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar.
Onların idarə etdikləri avtomobilə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar və hadisə zamanı istifadə etdikləri kəsici alətlər aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində Yeni Ələt dəmir yolu stansiyasında parkalanmış vaqonlardan oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır.
Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.











Oxşar Xəbərlər

Xəbər lenti