Bakıda narkotik satan daha 7 nəfər barəsində hökm çıxarıldı

Narkotik maddələrin satışı ilə məşğul olan daha 7 nəfər barəsində məhkəmə hökmü çıxarılıb.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan şəxslər barəsində cinayət işi üzrə məhkəmə araşdırmaları başa çatıb.
Məhkəmənin hökmü ilə Ziya Atakişiyev 11 il, Toğrul Talışlı 9 il, Emil Cəlilov 9 il, Əliməmməd Məmmədov 6 il, Ruslan Cavadov 10 il, Səbuhi Əliyev 4 il, Fərhad Tomarov 10 il 10 ay azadlıqdan məhrum ediliblər.
Onlara Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddələri ilə ittiham irəli sürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti