8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb.
Sozcu.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
O.Şolts isə öz növbəsində qeyd edib ki, o, regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Paşinyan bu gün buna qədər artıq Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirmişdi.