Azərbaycanda “Yanardağ” qoruğundan oğurluq edən şəxslər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinə bu il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.
Bu barədə Sozcu.info-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti