Ata və oğlunu bıçaqlayan şəxs polisə təslim oldu

Xaçmaz rayonunda həmyerlilərini bıçaqlayan şəxs təslim olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.info-a verilən məlumata görə, Xaçmaz rayon sakini Nəriman Əsədov mübahisə zəminində həmyerliləri Beykəs Süleymanova və onun oğlu Kamrana bıçaqla xəsarət yetirib.
Hadisəni törətdikdən sonra N.Əsədov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) könüllü gələrək təslim olub.
Faktla bağlı RPŞ-də araşdırma aparılır. 


Oxşar Xəbərlər

Xəbər lenti