Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs tutuldu

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.info-a verilən məlumata görə, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır.
Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir. Yanvarın 29-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti