28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Sumqayıtda qadının özünü və 3 övladını zəhərləməsi faktı ilə bağlı araşdırma aparılır.
Sozcu.info xəbər verir ki, bu ba3rədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 21-i Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı barədə Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.
Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Tibbi yardımdan sonra zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.