Azərbaycan ekoloji proqramları dövlət səviyyəsində həyata keçirir - Ukraynalı ekoloq

 

Azərbaycan təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərə əhəmiyyətli dərəcədə yanaşan ölkələrdən biridir.

Bunu Trend-ə "Ekologiya-Hüquq-İnsan" proqramının və digər mühüm ekoloji layihələrin rəhbəri, ukraynalı ekspert Anna Xomeçko deyib.

O qeyd edib ki, Ukrayna Azərbaycan tərəfindən ətraf mühitin qorunması istiqamətində atılan addımları diqqətlə izləyir:

"Biz görürük ki, dövlət başçısı ekoloji vəziyyətin idarə olunması ilə bağlı mühüm layihələrin həyata keçirilməsini nəzarətdə saxlayır. Məqsəd Azərbaycanda ətraf mühitin mühafizəsinin yüksək səviyyədə təmin edilməsidir. Bu isə ondan xəbər veirr ki, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir.

Prezident İlham Əliyev bütün çıxışlarında alternativ enerji mənbələrinin istifadəsi imkanlarının genişləndirilməsinə nəzər yetirir. Bildiyim qədər, bu məsələ ölkənin sosial-iqtisadi inkişafının prioritetlərindən biridir.

Dövlət ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə müvafiq qurumlar qarşısında geniş imkanlar yaradır. Bu isə sevindirici haldır".

A.Xomeçko qeyd edib ki, bügünkü gün Azərbaycan ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq konvensiyaları dəstəkləyir:

"Ekologiya sahəsində geniş beynəlxalq tədbirləri keçirilməsi Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsinə böyük töhfələr verir. Bu, təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Bakı regionun mərkəzi sayılır, belə ki, burada mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Şübhəsiz, bu cür tədbirlər nəticəsində Azərbaycanda ekoloji vəziyyət müsbətə doğru dəyişməkdədir".

Ekspertin sözlərinə görə, sağlam ətraf mühitdə yaşamaq naminə insanlar da öz səylərini artırmalıdır:

"Cəmiyyət də dövlətin həyata keçirdiyi layihələrdə fəal şəkildə iştirak etməlidir. Vətəndaşların ekoloji təfəkkürünün səviyyəsi bu işdə böyük rol oynayır".

Ekoloq qeyd edib ki, Azərbaycan digər postsovet ölkələrindən fərqli olaraq iqlim dəyişiklikləri ilə mübarizədə əvəzsiz töhfələr verir. Həmçinin atmosferə atılan tullantıların məhdudlaşdırılması istiqamətində dövlət fəal iş aparır:

"Azərbaycan, ilk növbədə ekoloji artım və ətraf mühitin qorunması arasında tarazlığı qoruyur. Vətəndaşların ekoloji təfəkkürünün formalaşması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Bu isə öz növbəsində Azərbaycanın Avropaya inteqrasiyasında böyük rol oynayır".



Oxşar Xəbərlər

Xəbər lenti