Şəmkirdə məktəb direktoru ilə bağlı qalmaqal araşdırılıb –İcra Hakimiyyəti

Şəmkirdə məktəb direktoru ilə bağlı qalmaqal araşdırılıb –İcra Hakimiyyəti

 

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verənlər araşdırılıb və nəticələr Təhsil Nazirliyinə təqdim edilib.

Bunu "Report"a Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə deyib.

M.Əlizadə qeyd edib ki, direktorun fəaliyyəti ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək: "Məktəbdə araşdırmalar aparılıb, müəllimlər dindirilib, izahatları alınıb. Prosesin nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.



Oxşar Xəbərlər

Xəbər lenti