8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
1980-ci illərin sonlarından başlayaraq ermənilərin Azərbaycana qarşı ərazi iddiası həm Cənubi Qafqazda sabitliyi pozub, həm də bölgəni əsl qan yuvasına çevirib. XX əsrin 90-cı illərinin əvvəlindən başlayaraq özünün “havadarlarına” arxalanaraq Azərbaycanın 20 faiz torpağını işğal etdi. İnsanlığa qarşı kütləvi faciələr törətdi. Ermənilərin işğalçılıq siyasətinə dünya birliyi heç bir ciddi addım atmadı və ya atmaq istəmədi.2020-ci ilin yayında ermənilər lap azğınlaşaraq Tovuz istiqamətində təxribat törədərək ərazimizə hücum etdi. 30 ildən çox səbr kasası dolmuş xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində öz sözünü deyərək Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytardı.Dünya birliyinin, Beynəlxalq Təşkilatların 30 ildə həll edə bilmədiyi və ya həll etmək istəmədiyi məsələni, ordumuz qələbə ilə yekunlaşdırdı. Ali Baş Komandan İlham Əliyev dəfələrlə dünyaya bəyan edib ki, münaqişə bitmişdir və Azərbaycan sülh danışıqlarının tərəfdarıdır. Son Brüssel görüşündən sonra tezliklə sülh müqaviləsinin imzalanacağından danışılsa da ermənilər yenidən növbəti dəfə Azərbaycan ərazisinə diversantları göndərərək hərbi və bəşəri cinayətə əl atdılar. Sentyabrın 12-də genişmiqyaslı təxribat törədərək Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan istiqamətində ordumuzun mövqelərinə hücuma keçərək mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək istədi.Ermənistanda olan revanşist qüvvələrin törətdiyi bu təxribat bir daha sübut etdi ki, bunlar sülh istəmir. Xeyli müddət idi ki, ermənilər Azərbaycana qarşı beynəlxalq aləmdə qərəzli siyasət apararaq, danışıqları pozmaq üçün hər cür yalan və iftiralara əl atırdılar. Sentyabr hadisələri bir daha sübut etdi ki, ermənilər xarici dairələrin əlində oyuncaq olaraq qalır. Bölgədə sülhü istəməyən qüvvələr istənilən vaxtı bu “Barıt çəlləyindən” öz məqsədləri üçün istifadə edəcəklər. ancaq ermənilər bir məsələdə tam əmin ola bilərlər ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti nəticəsində istənilən təcavüzün qarşısını ləyaqətlə alacaqdır. Çox təəssüflər olsun ki, ermənilər 44 günlük müharibədən lazımı nəticələr çıxarmayıblar. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan 90-cı illərin əvvəllərində olan qarşıdurmalardan tam uzaq olan, hərbi, iqtisadi və siyasi cəhətdən inkişaf etmiş bir dövlətdir. Dövlət- xalq –ordu birliyini heç bir təxribatçı qüvvələr yenə bilməzlər.Sentyabrın 12-dən başlayan erməni təxribatı bəzi xarici qüvvələrin Azərbaycana qarşı qərəzli mövqeyinin ortaya çıxması ilə nəticələndi. Bəzi Beynəlxalq güclər yersiz olaraq bu təxribatla Azərbaycanı iddiham etdilər. Bu iddihamın heç bir əsası yoxdur. Azərbaycan Beynəlxalq normalara uyğun olaraq öz ərazi bütövlüyünü qoruyur və erməni dövlətindən də tələb edir ki, 10 noyabr 2020-ci ildə bağlanmış sazişə görə öz üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Beynəlxalq birlik habelə Beynəlxalq ictimaiyyət İrəvanı başa salmalıdır ki, etdikləri bu hərəkət bəşəri cinayətdir. Bu yolla siz özbeyninizdə canlandırdığınız “Ermənistan” dövlətini qurmaq mümkün deyil. Yeganə çıxış yolu qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Bunu nə qədər tez dərk etsəniz bir o qədər rəzil gündə olan xalqınızı xilas etmək üçün şans yaranar.12 və 13 sentyabrda baş verən erməni təxribatı hələ də davam edir. Çox böyük yanğı ilə deyirəm ki, biz yenidən şəhidlər verdik. Yenidən qəhrəman əsgərimiz öz canını Vətən yolunda fəda etdi. Bu bu gün də belədir, sabah da belə olacaqdır. Acımız böyükdür. Vətən oğullarının ruhu qarşısında baş əyirik! Ancaq düşmən bilməlidir ki, bu itkilər ( baxmayaraq onların itkiləri bizdən dəfələrlə çoxdur) bizi heç vaxt sarsa bilməz. Biz həmişə Ana Vətənimiz Azərbaycan uğrunda istənilən itkilərə getməyə hazırıq. Təki Vətən Yaşasın, Vətən sağ olsun!Son olaraq sentyabr hadisələrində üzücü bir məqamı xatırlatmaq istəyirəm. Bəzi “başbilənlərimiz” bu hadisələrlə dövlətimizi günahlandırmağa təşəbbüs göstərirlər. Söylədikləri fikirlər az qala rəsmi İrəvanın və onun havadarlarının mövqeyi ilə üst-üstə düşür. İnsanları çaşdırmaq yolunu tutan bu xəyanətkar cəhdlər vətənimizə qarşı hazırlanmış çox çirkin bir oyundur. Düşmənə qarşı aparılan bu mübarizədə bu cür ağ yalanlar xalqımız tərəfindən tam və qətiyyətlə pislənir. Biz qalib xalqıq!. Qarabağ müharibəsində son 30 ildə 30 min şəhid vermişik. Yüzlərlə doğma yurdumuz erməni vandallarının hücumu nəticəsində xarabazarlığa çevrilib. Vətən müharibəsindən sonra Qarabağda aparılan quruculuq işləri bəzi xarici və daxili qüvvələri narahat edir. Ancaq bu qüvvələri tam əmin etmək olar ki, onlar arxayın ola bilərlər ki, dövlət-xalq-ordu birliyini poza bilməyəcəklər. Bu yolda 60 milyonluq bir xalq var.Ulu Öndər Heydər Əliyevin bir fikrini söyləmək istəyirəm:“Azərbaycan həmişə dünyaya bir günəş kimi doğacaqdır!” Bu yolda hamınıza uğurlar diləyirəm.
Mahir HeydərovSuraxanı rayonu, Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin tarix müəllimi