12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür


Ümumilli Liderin Konstitusiyanın yaranmasında rolu

Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

Ulu Öndər Heydər Əliyev

Dövlətin əsas qanunu olan Konstitusiyanın ilk yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə mayın 19-da Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-1978-ci illər ərzində Konstitusiyamıza müxtəlif dəyişikliklər və əlavələr olunsada tarixi dəyişiklik 1978-ci il aprelin 2-də Azərbaycan SSRİ Ali Sovetində çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir adı ilə əlavə olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul olundu.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul ediləndən sonra noyabrın 27-də qüvvəyə minmişdir.

Əsas qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına Nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşdırılmasını təmin etmək və.sbu kimi nailiyyətlər təsbit olunmuşdu.

Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasının bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat -Birinci vitse-prezidentlik instutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsində, xalqımızın dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Prezident İlham Əliyev

Dadaş Babazadə

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}