13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin anım günüdür. Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar.Xalqımızın qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10 - da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1939-cu ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun ( indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması təhsilini başa çatdırmağa imkan verməmişdir.Ulu Öndər Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.1944-cü ilin may ayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarında işə göndərilən Ulu Öndər Heydər Əliyev 1949–1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sank-Peterburq) Rəhbər Kadrlarının Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti ) Tarix fakültəsini bitirən Ulu Öndər Heydər Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks - kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirən Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general - mayor rütbəsi verilmişdir.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist PartiyasıMərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev 22 il Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsində işləmişdir.1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Buvəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir .Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İtiffaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir . Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövürkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.Heydər Əliyev 1993 - cü il iyunun 15 - dəAzərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır . 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev AzərbaycanRespublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb.Heydər Əliyev 1998-ci il oktyabrın 11–də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.2003–cü ilin prezident seçkilərində namizədliyininirəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və öz namizədliyini İlham Əliyevin xeyrinə götürüb.Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib . Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin anım günüdür.Günel Rəhimova
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi
Sozcu.info