"HƏR KƏS RUSLARIN BİR ÖMÜR QALACAĞINI DEYİRDİ..." – Türk general sülhməramlıların gedişini şərh etdi


"Bu, xalq-lider-dövlət birliyinin nəticəsidir, tarixi bir hadisədir”

“Üçtərəfli sazişin imzalanmasında məqsəd bölgədəki qarşıdurmaların önünü almaq, həmçinin regionda normallaşma prosesini sürətləndirmək idi. Eyni zamanda, rus sülhməramlıları Qarabağda yaşayan ermənilərlərlə Azərbaycan arasında ələqlələndirici rol oynayacaqdı. Lakin başda Fransa olmaqla, Qərb tərəfindən qızışdırılan ermənilər Azərbaycanın xoşniyyətli təkliflərinə baxmayaraq, Qarabağı tərk etdilər. Ona görə də, bölgədə sülhməramlıların heç bir funksiyası qalmadı”.

Bunu ehtiyatda olan türkiyəli general, hərbi ekspert Yücel Karauz Rusiya sülhməramlı qoşunlarının Qarabağdan vaxtından əvvəl çıxarılmasını AzPolitika-ya şərh edərkən deyib.

Y. Karauzun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya birlikdə hərəkət edir:“Azərbaycan və Rusiya liderləri qarşılıqlı şəkildə razılığa gəliblər. Türkiyə də bu məsələni kordinasiya edən tərəf olub. Beləcə qarşılıqlı anlaşma nəticəsində sülhməramlılar vaxtından əvvəl bölgəni tərk etməyə başlayıblar”.

Türk general qeyd edib ki, proses Azərbaycanın ağıllı və uzaqgörən siyasəti nəticəsində reallaşıb:“10 noyabr sazişi imzalananda hər kəs rusların bir ömür Azərbaycanda qalacağını, heç vaxt bölgəni tərk etməyəcəyini deyirdi. Ancaq bu gün Azərbaycan Qafqazın regional gücüdür. Sülhməramlıların gedişi onu göstərir ki, Azərbaycan böyük rəsimləri də oxumağı bacarır. Bu, xalq-lider-dövlət birliyinin nəticəsidir. Rusların geri qayıdışı vaxtilə Qəbələdəki rus hərbi bazasının qapadılması qədər tarixi bir hadisədir”.

Ekspert Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin gələcək taleyindən də danışıb. O, qeyd edib ki, Rusiya 3-4 ay idi ki, monitorinq mərkəzini növbəli şəkildə boşaltmağa başlamışdı. Y. Karauz əlavə edib ki, sülhməramlılardan sonra türk hərbçiləri də monitorinq mərkəzindən ayrılıb, Türkiyəyə geri dönəcəklər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}