8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistan və İran qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.
Sozcu.info xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib.
İlk 8 ayda bu rəqəmin 43 faiz artdığını deyən deputat bildirib ki, Ermənistan tərəfinin qaldırdığı problemlər tez bir zamanda həll olunarsa, o zaman 1 milyard dollar asanlıqla əldə edilə bilən göstəriciyə çevriləcək.
Papoyan xatırladıb ki, İran Fars körfəzindən Qara dənizə dəhliz açmağı planlaşdırır və bu layihənin mühüm qovşaqlarından biri Ermənistanın Sünik bölgəsindən keçən Şimal-Cənub dəhlizi olacaq.
“İran hökuməti və şirkətləri Şimal-Cənub dəhlizinin müəyyən hissəsinin inşasında maraqlıdır. Bu məsələ ilə bağlı müzakirələr aparılıb və aparılacaq. Ermənistan hökuməti İran tərəfini dəstəkləməyə hazırdır”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, İran və Ermənistan iqtisadi əlaqələrinin səviyyəsi çox yüksək səviyyədə olan siyasi əlaqələrdən ciddi şəkildə geridə qalır.
axar.az