“Bu, Rusiya üçün fəlakətdir...” - Putin səfərbərliyə niyə getmir?


Rusiyada mümkün səfərbərlik haqqında çox danışılsa da, Vladimir Putin hələ ki, bu tədbirə əl atmır, baxmayaraq ki, Rusiya qoşunlarının xüsusilə də Kursk əməliyyatı nəticəsində xeyli canlı qüvvəyə ehtiyacı yaranıb. Bunun müxtəlif səbəbləri göstərilir.

Sozcu.info xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko öz sosial şəbəkə hesabında Putinin səfərbərliyə getməməsinə maraqlı şərh verib: “Bu ilin yazından Putinə səfərbərliyi sırımaq istəyirlər. Xüsusilə Rusiya işğalçı qüvvələrinin itkiləri ayda 30 min cəsədi keçəndən sonra. Amma o, bu addımı atmır, səbəb isə budur:

Birincisi, Putin mükafat üçün ukraynalıları öldürməyə könüllü gedən və ölmək riskini qiymətləndirən cəsədlərlə (Rusiya hərbçiləri nəzərdə tutulur-red.) zorla döyüşə göndərilən cəsəd arasındakı fərqi mükəmməl başa düşür. Zorla döyüşə göndərilən cəsəd ilk fürsətdə təslim olacaq. Son günlərin ən parlaq nümunəsi Kursk vilayətindəki çağırışçılardır. Bir həftə davam edən döyüşlərdə onların 2 minə yaxını əsir düşüb.

Təsəvvür edin, Rusiyada 300 minlik məcburi səfərbərlik edilərsə və onların 10%-i təslim olarsa, bu, (Ukrayna üçün) mübadilə fondu və rejim(Rusiya) üçün fəlakətdir!

İkincisi, onları nə ilə təchiz edəcəklər? Artıq Rusiya ordusunda mövcud bölmələrdə texnika çatışmazlığı var - 60-70%! Məsələn, daha 300 min cəsəd gəlsə, onların təchizatı üçün texnika hardan alınacaq? Yəni, onlar döyüş tapşırığını yerinə yetirə bilməyəcəklər və tələyə düşmələri, məğlub olmaları hissi ilə nə qədər çox öləcəklərsə, bir o qədər də çox təslim olacaqlar.

Buna görə də, Putin indi ciddi dilemma qarşısındadır: səfərbərlik olmadan özünü vəziyyətdən çıxara bilməyəcək, səfərbərlik olsa, bir müddətlik, ani həll tapacaq, lakin qarşıda tam qlobal uğursuzluqla üzləşəcək”.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti